Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə Qəzzada humanitar vəziyyəti müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Fələstin və İsrail kontekstində baş verən son hadisələr, həmçinin Qəzzada humanitar vəziyyət müzakirə edilib. Hər iki nazir regiona səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Nazirlər həmçinin NATO-nun genişlənməsi məsələlərini müzakirə ediblər",- məlumatda deyilir.
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi