İsrailin Qəzza zolağında quru əməliyyatı pilotların və PUA-ların havadan dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən bir neçə günə təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrail ordusundakı mənbələrə istinadla məlumat yayıb. Nəşr qeyd edir ki, bu, 2006-cı ildə İsrail-Livan münaqişəsindən sonra İsrailin ən böyük quru əməliyyatı ola bilər.
HƏMAS hərəkatının adının açıqlanmasını istəməyən üzvünün nəşrə verdiyi məlumata görə, yaraqlılar Qəzzanın şimal hissəsindəki tunellərdə İsrail hərbçilərini pusquya salmaq niyyətindədirlər. İsrail rəsmiləri də öz növbəsində bildiriblər ki, hücumda piyadalardan əlavə tanklar, istehkamçılar və xüsusi təyinatlılar da iştirak edəcək.
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına bu gün başlayacağı bildirilirdi.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi