Sosial şəbəkələrdə və bəzi xəbər portallarında deputat Etibar Əliyevin Milli Məclisin iclasında mətni üzündən oxumaqda çətinlik çəkməsi ilə bağlı görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, E.Əliyev Globalinfo.az-a açıqlamasında Milli Məclisdə bu günə kimi 90-a yaxın çıxış etdiyini deyib.
O, komitə iclaslarındaki çıxışının 50-yə yaxın olduğunu bildirib:
“Nəyə desəniz and içərəm ki, bütün çıxışlarımı özüm yazıb hazırlamışam. “Etibar Əliyevin mətni üzündən oxuya bilməməsi” kimi absurd ifadələrin verilməsinin özü gülünc doğurur. Hər bir adam səhv edə bilər. Ola bilsin hansısa çıxışımı kəsiblər. Amma qeyd edim ki, bir dəfə kompüterin ekranı qaraldı deyə cümləni təkrar oxumalı oldum. Hər halda mətni üzündən oxumamaq nə dərəcədə inandırıcıdır? Hələ bunu götürüb bəzi saytlar məsxərəyə qoyurlar. Bu, cəmiyyətimizin orta səviyyəsinin göstəricisidir. Eybi yox, qoy ölkədə hər kəs savadlı olsun, o xəbərləri hazırlayanlar, bəzi dələduzlar savadlı olsunlar, Etibar Əliyev isə savadsız”.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Deputat kitabxanasında 5 min kitabın olduğunu bildirib:
“5 min kitabdan 3 minini oxumuşam. Niyə mənim 90-a yaxın olan çıxışlarımdan, qaldırdığım və həll etdiyim məsələlərdən, 56 kitab təqdimatımdan deyil, cümləni iki dəfə təkrarlamağımdan yazırlar? Yaxşı, Etibar Əliyev mətni üzündən oxuya bilmir! Bu nəyi dəyişir?”
- Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?
- Prezident fərman imzaladı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi