Araikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib.
Bu sözləri BUTA.TV-a Araik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib. O bildirib ki, Araikin müdafiəsi üçün hər bir şərait yaradılıb.
“Kitab istəyirdi, təmin edilib. Araik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Araikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Araik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəm”, - o bildirib.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video