Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 oktyabr 2023-cü il tarixli 274/ü nömrəli əmri ilə nazirliyin stansiya, laboratoriya və bir sıra idarələri ləğv edilib.
BUTA.TV xəbər verir ki, nazirliyin ləğv edilən qurumları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Hidrometrologiya İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsidir.
Qeyd edək ki, kreditorlar 2 (iki) ay müddətində tələblərini ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?
- Prezident fərman imzaladı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi
- Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi