Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan “BUTA.TV”yə verilən məlumata görə, araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı
- Rayonlara yağış, kəndlərə dolu yağıb - Faktiki hava
- Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?