Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.
“BUTA.TV” xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub.
O, sınaq müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam paylaşımları edilib.
Məhkəmə A.Muradovun sınaq müddətində yenidən cinayət tərkibli əməl törətməsini nəzərə alaraq bu dəfə ona daha ağır cəza təyin edib. Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 1 il 6 ay internetdən istifadə etməklə proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video