"Daha betər olacaq..." - Nura Suri

09:50 - 12 Oktyabr 2023 - MAQAZİN

"İnsanların "azadlıq" sözünü unutması zamanıdır. Azad düşüncə belə mövcudluğunu itirib. Hər kəs tam nəzarət altındadır. Hər yer kamera, əlimizdəki telefonlar gündə neçə addım atdığımızdan tutmuş, kiminlə harada olduğumuza kimi bilir və sistemə ötürür".

BUTA.TV xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə bildirib. Sənətçi sosial şəbəkə və internetin gücündən bəhs edib:

"Sosial şəbəkələrdə səhifələri qarşımıza çıxararaq, beynimizdə fikir formalaşdırmaq 2x2 kimi asandır. Bizi özümüzdən daha yaxşı tanıyır bu sistem. İnsanlar bir-birinə etibarını itirib, çünki danışanda səsimizin kimsə tərəfindən yazılıb, yazılmadığına belə əmin deyilik. Əvvəllər insanlara nəyi etmək olar, olmaz deyilirdi (din, qanun və s.). İndi bizi idarə etmək üçün nə dinə, nə qanuna ehtiyac qalıb. Nəğd pul da aktuallığını itirdiyinə görə kim nə qədər qazanır, nə qədər və hara xərcləyir artıq məlumdur. Hamının zəif yeri, səhvi, sirri, hər şeyi məlumdur. Gizli heç nə qalmayıb. Tam sistemə tabeyik. Bütün dünya belədir və daha betəri olacaq.

Robotlar, "kuklalar" kimi yaşayırıq, insan kimi yox. Çünki insan həm bu dünyanı, həm də insanlığı məhv etməyi bacardı. Heyvanlara, təbiətə, insanlara verdiyi əziyyətin bəhrəsidir bu. Deyəsən, şeytan haqlı çıxdı".

Bu xəbər hal-hazırda çox oxunur
Kürdəmirdə ağır qəza: polis əməkdaşı öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol