Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib. Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov açıqlamasında oğlunun hazırda evdə müalicələrinə davam etdiyini bildirib:
“Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir”. N.Mütəllimov mediaya açıqlamaya ehtiyac olmadığını vurğulayıb:
“Mediaya açıqlamaya ehtiyac olmadığını düşünürəm. Bu, Nicatın işini daha da çətinləşdirir. Yazanda problemlər təzələnir. Ona ziyandır”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Onun qolu amputasiya olunub.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov ən son açıqlamasında istintaq tədbirlərinin davam etdiyini vurğulayıb.
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- “Sabah” finalda uduzur - Canlı+Yenilənir
- 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı