“Rusiya iki yüz ildən sonra Cənubi Qafqazı itirdi”.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Belkovski deyib. Ekspert Rusiya Prezidenti Vladimir Putinin Ermənistandan çox Azərbaycan və Türkiyə ilə əlaqələrə üstünlük verdiyini söyləyib. O, bunu Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqələndirib.
Belkovski hesab edir ki, Robert Köçəryan və ya Serj Sərkisyan (hərbi cinayətkarlar) Ermənistanda hakimiyyətdə olsaydı, Putinin bu ölkəyə münasibəti fərqli ola bilərdi. Politoloq qeyd edib ki, Azərbaycanın son antiterror tədbirləri zamanı Rusiya Ermənistanın prosesə müdaxilə edəcəyini gözləyib.
“Kreml son hadisələrlə bağlı hesablamalarında Ermənistanın öz silahlı qüvvələri ilə Qarabağa müdaxilə edəcəyini düşünürdü ki, bu da Azərbaycana Ermənistan ərazisinə girmək üçün hüquqi imkan verəcəkdi. Kremlin hesablamaları özünü doğrultmadı. Rusiya isə Ermənistanı itirdi. Bütün hekayə budur. Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik”.
Ermənistan müxalifətinin İrəvanda təşkil etdiyi nümayişlərə toxunan Belkovskinin fikrincə, Paşinyanın devirməsi planı ictimaiyyət arasında o qədər də populyar deyil: “Nümayişlərin təşkilatçılarının bəlli proqramı, ümumiyyətlə, konkret fəaliyyət planı yoxdur”
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi