Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyanın paytaxtın Qranada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedəcək. Onun Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun müşavirləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub. Bu görüşlər iki ölkənin liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlaşmaq üçündür”, - məlumatda bildirilir.
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video
- Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq