Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş

08:44 - 14 May 2026 - GÜNDƏM

 Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş

Dünyaca məşhur investisiya şirkəti “Fortress Investment Group”un həmtəsisçisi, milyonçu Coşua Pak Londondakı malikanəsində ölü tapılıb.

BUTA.TV” xəbər verir ki, 51 yaşlı iş adamının cansız bədəninin evin içəridən kilidlənmiş hamam otağında aşkarlandığı bildirilib.

Hadisə ilə bağlı detalları London məhkəməsində keçirilən dinləmələr zamanı üzə çıxıb.

Məlumata görə, Coşua Pak və həyat yoldaşı Jaklin Pak şirkətin Avropa əməliyyatlarını idarə etmək üçün ABŞ-dən Böyük Britaniyaya köçməyə hazırlaşırmış.

İfadələrə əsasən, iş adamı son dövrlər köç prosesi və intensiv iş qrafiki səbəbindən ciddi stress yaşayırmış. Hadisə gecəsi cütlük arasında ABŞ-nin Texas ştatına dönüş biletləri ilə bağlı mübahisə yaranıb.

Məhkəmədə verilən məlumata görə, mübahisə zamanı Pak telefonunu atıb və daha sonra əlində bıçaqla həyat yoldaşına “Məni bununla bıçaqla” deyib. Bundan sonra həyat yoldaşı sakitləşmək üçün başqa otağa keçib.

Ertəsi gün Pak zənglərə cavab vermədikdə, ev işçiləri yuxarı mərtəbədə yerləşən və içəridən bağlı olan hamam otağına daxil olublar. İş adamının meyiti günorta saatlarında aşkarlanıb.

Hadisəni araşdıran məhkəmə-tibb eksperti Fiona İilkoks ölümün “intihar” deyil, “təhlükəli hərəkət nəticəsində təsadüfi ölüm” kimi qeydə alındığını açıqlayıb.

Coşua Pak həmçinin “Majestic Wine” və “Curzon Cinemas” şirkətlərinin sahibi kimi tanınırdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol