Azərbaycanın hücumundan sonra regionda yeni reallıq yaranıb.
BUTA.TV xəbər verir ki, bunu “İnternational Crisis Group”un analitiki Olesya Vartanyan Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri haqda qeyd edib.
“Xankəndinin “yerli hakimiyyət orqanları” kapitulyasiyanı qəbul edib və indi bütün diqqət iki mövzuya yönələcək: üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi və Qarabağda humanitar problemlərin həlli”, - Vartanyan bildirib.
Onun sözlərinə görə, toqquşmaların qarşısını almaq mümkün olsa və Azərbaycan yerli sakinləri qala biləcəklərinə inandırsa, o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcəklər:
“Lakin hələlik həll olunmamış çoxlu məsələ var. Silahların yerə qoyulması və yerli hakimiyyət orqanlarının ləğvinin necə baş verəcəyi bəlli deyil. Müqavilələrin icrasına kim cavabdeh olacaq? Hələ ki, biz Bakının öz rəhbərliyini təyin edib-etməyəcəyini və bunun yerli ictimaiyyətlə bağlı olub-olmayacağına aydınlıq gətirdiyini görməmişik. Yeni rəhbər yerli şəxsdən təyin ediləcək, yoxsa gətiriləcək?”
- 700 min vətəndaşın maaşı arta bilər - Qanunda dəyişiklik...
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video
- Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video