Onu da unutmayın ki, digər həlledilməz problem Bakıda Birinci Qarabağ müharibəsindən sonra öz torpaqlarını itirmiş, çətin şəraitdə yaşayan və öz evlərinə qayıtmaq istəyən minlərlə məcburi köçkün azərbaycanlının olmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baron Devid Houell BMT TŞ-də təşkil edilən Qarabağla bağlı dinləmələrdən öncəki parlament müzakirəsində deyib.
“Bu, BMT-dəki nazirlərimizin yadda saxlaması vacib olan başqa bir cəhətdir. Və təbii ki, Azərbaycan Britaniyanın çox yaxşı dostudur. O, regionun ümumi geosiyasətində mühüm rol oynayır və biz bunu yadda saxlamalıyıq”, - deyə Houell BMT TŞ-nin ötən gün Qarabağla bağlı iclasında iştirak edən Britaniya nümayəndələrinə tövsiyəsində bildirib.
Qeyd edək ki, ötən gün BMT TŞ-nin Qarabağla bağlı iclasında Britaniya nümayəndəsi ədalətli mövqeyi ilə seçilənlərdən oldu.
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Foto
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video