Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb.
BUTA.TV xəbər verir ki, Kadırov görüş barədə özünün sosial şəbəbə səhifəsində video paylaşıb.
“Fövqəladə Hallar Nazirliyinin regional rəhbərliyi ilə bağlı məsələləri müzakirə etdik. Görüş zamanı Aleksandr Kurenkov Çeçenistan Respublikasının ərazilərinin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlərdən danışdı”, - Kadırov bildirib.
Kadırovun sözlərinə görə, Çeçenistanda sentyabr və oktyabr aylarında 122 hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
Qeyd edək ki, daha öncə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlərinin olduğu, koma vəziyyətinə düşdüyü, hətta ölməsi barədə xəbərlər yayılmışdı.
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Foto
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video