Ukrayna Prezidenti Vladimir Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.
Məlumata görə, görüş Litva Prezidenti Gitanas Nausedanın vasitəçiliyi ilə baş tutub.
Litva lideri bildirib ki, Polşa və Ukrayna arasındakı fikir ayrılıqları mümkün qədər tez həll edilməlidir, çünki böhranın daha da dərinləşməsi məsuliyyətsizlik olacaq.
Nauseda Zelenski və Duda ilə taxılın Polşa ərazisindən daşınması prosedurlarının sadələşdirilməsini və Litva ərazisindən tranzitin artırılmasını müzakirə edib. Danışıqların yaxın günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi hələlik görüşlə bağlı heç bir açıqlama verməyib.
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Foto
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video