Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva növbəti vətəndaş qəbulu günündə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) rəhbərliyi ilə görüşüb.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə AQDİM-in fəaliyyəti, uğurları və planları barədə fikir mübadiləsi aparılıb, bu sahə üzrə maarifləndirmənin, qan donorluğu mədəniyyətinin daha da yayğınlaşdırılmasının önəminə vurğu edilib.
Mərkəz rəhbərliyi irsi qan xəstəliyindən əziyyət çəkən insanlara və ümumilikdə qan donorluğunun inkişafına davamlı diqqət-qayğısına görə MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya Mərkəzin İdarə heyətinin Fəxri Üzvü sənədini təqdim edib.
Komitə sədri diqqət üçün AQDİM rəhbərliyinə təşəkkür edib, nəcib çalışmalarında yeni uğurlar arzulayıb.
Görüşdə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi İdarə Heyətinin sədri Fuad Rəsul, AQDİM-in icraçı direktoru Kamil Hüseynov, AQDİM sədrinin müşaviri Orxan Hüseyn və Mərkəz sədrinin köməkçisi Nəzrin Babayeva iştirak edib.
- Aeroport yolunda yük maşını kül oldu - Video
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Video
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi