Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

14:28 - 21 Sentyabr 2023 - GÜNDƏM

 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması nəzərdə tutulur.

Maliyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 % çoxdur.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb.

Qeyd olunub ki, lakin Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən Mixail Zabelin barədə sərəncam

"Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur", - nazirlikdən bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol