Almaniya kansleri Olaf Şolts Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə 30 dəqiqəlik görüş keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
"Bu gün kansler Şolts Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Zelenski ilə görüşüb. 30 dəqiqəlik söhbətdə onlar Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyəti müzakirə ediblər", - Almaniya rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Zelenski hərbi dəstəyə, xüsusən də Ukraynanın artilleriya və hava hücumundan müdafiəsini gücləndirdiyinə görə Almaniya hökumətinə təşəkkür edib.
- Aeroport yolunda yük maşını kül oldu - Video
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Video
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi