Əvvəldən Azərbaycan dövlətinin irəli sürdüyü tələblər kifayət qədər konkret və aydın idi. Bunlardan birincisi, Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması, ikincisi, Ağdam-Xankəndi yolunun və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması, üçüncüsü isə reinteqrasiya məsələsidir. Rəsmi Bakı dəfələrlə qarşıdakı iki il içərisində Qarabağdakı ermənilərin reinteqrasiya prosesini tamamlamaq istədiyini bəyan edib. İndi isə separatçılar Azərbaycanın lokal antiterror əməliyyatı nəticəsində Yevlaxa özləri məcbur gələcəklər.
Bu sözləri BUTA.TV-a Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatının nəticələri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Fransanın BMT TŞ həmləsinin də uğursuzluqla nəticələnəcəyini qeyd edib:
“Əlbəttə ki, qarşı tərəfin manipulyasiya ilə məşğul olma ehtimalı var. Amma dövlətimiz son əməliyyatla çox kəskin və qəti şəkildə manipulyasiya və vaxt uzatma ilə məşğul olmağın nə ilə nəticələnəcəyini onlara göstərdi. Yəni Azərbaycan problemin daha bir neçə il uzadılmasına imkan verməyəcəyini nümayiş etdirdi. Fransa başda olmaqla bəzi dövlətlər ölkəmizə qarşı addımlar atırlar. Artıq Paris və İrəvan birlikdə BMT TŞ-yə müraciət edib. Sabah müzakirə keçiriləcək. Lakin mən Fransanın hansısa uğur qazanacağına inanmıram”.
- Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
- Nazirlikdən “Dr. Gülü” ilə bağlı araşdırma: Gizli məqamlar...
- Təbrizdə bina çökdü: ölü və yaralılar var
- Nazirlik “Dr. Gülü” ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
- III kurs tələbəsi vəfat etdi - Foto
- Aeroport yolunda yük maşını kül oldu - VİDEO
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi