Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.
"Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı noyabrın 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto
- Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
- “Həmin ərazidəki 22 ev söküləcək və kompensasiya veriləcək”
- Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
- Nazirlikdən “Dr. Gülü” ilə bağlı araşdırma: Gizli məqamlar...