Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
"Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır.
Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir", - A.Eyvazov bildirib.
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu
- Yağıntılı hava nə vaxta kimi davam edəcək?
- Bakıda güclü yağış fəsadlar törətdi - Video
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış
- Azərbaycanda zəlzələ oldu
- “Kristal” “Landau Education Group”la memorandum imzaladı
- Kürün səviyyəsi qəfil qalxdı, bir ailə adada köməksiz qaldı