Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində başlatdığı antiterror tədbirləri məcburi xarakter daşıyır. Antiterror tədbirləri bu gün erməni diversiya qrupları tərəfindən törədilən terror aktları ilə bağlıdır”.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
O qeyd edib ki, hazırda istehkamlara, ordunun rabitə mərkəzlərinə, separatçıların hərbi texnikasına və Ermənistan ordusunun Qarabağda olan hissələrinə zərbələr endirilir:
“Azərbaycanın məqsədi və vəzifəsi mülki obyektlərə və mülki əhaliyə dəyən ziyanı minimuma endirmək və ya ümumiyyətlə istisna etmək, düşmənin silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtələrini və hərbi obyektlərini məhv etməkdir”, - ekspert vurğulayıb.
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
- Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto