Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakim Şəmsəddin Abasovla bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, məhkəmədən Report-a açıqlamada yazıda adıçəkilən şəxsın hazırda hakim kimi fəaliyyət göstərmədiyi bildirilib.
Qeyd olunub ki, Ş.Abasov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
"Belə ki, cari ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq onun səlahiyyətlərinə xitam verilib. Bu baxımdan media nümayəndələrini dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq", - deyə vurğulanıb.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Ş.Abasovun biznes fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yayılıb. Həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələnin araşdırılmadığı iddia olunur.
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi