Dəniz mənzərəli mənzillərə yüksək maraq bəzi hallarda alıcılar üçün maliyyə riskinə çevrilir.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, dənizə açılan mənzərəsi olan mənzillər adi mənzillərlə müqayisədə daha baha satılır. Ancaq sonradan həmin ərazidə yeni bina inşa edilərsə və mənzərə bağlanarsa, mənzilin bazar dəyərində ciddi azalma baş verə bilər.
Bəs vətəndaşlar bu hallarda nəyə diqqət etməlidirlər?
Əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, bəzi ərazilərdə belə risk daha çoxdur və bu, həm ərazinin relyefi, həm də tikilən binaların mərtəbə sayı ilə bağlıdır.
"Xüsusilə sahilə yaxın və intensiv tikinti aparılan ərazilərdə dəniz mənzərəsinin gələcəkdə bağlanması riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, alıcılar mənzil seçərkən təkcə mövcud mənzərəyə deyil, həmin ərazi üzrə gələcək tikinti planlarına da diqqət yetirməlidirlər".
Ekspert bildirib ki, bəzi hallarda vətəndaşlar yüksək məbləğ ödəyərək dəniz mənzərəli ev alırlar, lakin bir neçə il sonra yaxınlıqda inşa olunan hündürmərtəbəli bina həmin görüntünü tamamilə bağlayır və nəticədə mənzilin bazar qiyməti aşağı düşür.
Vəkil Tural Şahbazov isə bildirib ki, məsələ hüquqi baxımdan əsasən müqavilə ilə tənzimlənir
Onun sözlərinə görə, əgər alqı-satqı sənədində "dəniz mənzərəsi" ayrıca qeyd olunubsa, gələcəkdə həmin üstünlük aradan qalxdıqda alıcı məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.
Mütəxəssislər vətəndaşlara mənzərə üçün əlavə ödəniş etdikləri halda bunun müqavilədə xüsusi bənd kimi göstərilməsini tövsiyə edirlər.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?