Almaniya Ukraynaya ümumi dəyəri 400 milyon avro olan əlavə hərbi və humanitar yardım paketi hazırlayır.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius bildirib.
“Biz əlavə olaraq döyüş sursatı - partlayıcı və minaatan mərmiləri, mina əleyhinə raketlər tədarük edəcəyik. Çünki Ukraynanın ən çox ehtiyacı olan sursatdır", - nazir deyib.
Pistoriusun sözlərinə görə, Berlin bu paketin bir hissəsi kimi Kiyevi zirehli texnika, minalardan təmizləmə sistemləri, qış geyimləri, elektrik generatorları və istilik sistemləri ilə təmin edəcək.
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi