Rusiya ordusunun inventarına tezliklə “Android texnika” elmi-istehsalat birliyi tərəfindən karbon və ya fiberplastikadan yaradılan “BAS-80” dron-kamikadzesi daxil edilə bilər.
BUTA.TV Rusiya mediasına istinadən xəbər verir ki, dronun bir neçə nümunəsi artıq Ukraynadakı hərbi əməliyyatlarda sınaqdan keçirilir.
Kompozit materiallardan hazırlanmış dron yüngül və kompakt ölçüləri ilə seçilir. Çəkisi 1,7 kq olan “BAS-80” 0,5 - 2 kq ağırlığında yükü 130 km/saat sürətlə daşımaq, 30 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi