Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Səfirə G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən mətbuat konfransına girişi kobud şəkildə qadağan edilmiş iki rusiyalı jurnalistə qarşı fransalı nümayəndələrin ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib:
"Bununla bağlı Fransa səfirinin simasında ölkə hakimiyyətinə etiraz edən KİV-ə qarşı təzyiq və ayrı-seçkilik hərəkətlərini dayandırmaq tələbi ilə müraciət edilib".
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi