Dünya nizamı təhlükə altındadır. Ukrayna uduzsa, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşünün.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? III Dünya müharibəsi? Biz bütün dünyanın dəyərlərini qoruyuruq. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Bu elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq”, - o bildirib.
Zelenski qeyd edib ki, ABŞ Ukraynanı maliyyə cəhətdən dəstəkləyir və buna görə minnətdardır:
“Hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna uduzsa, Putin yəqin ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? Bəs o, Polşa sərhədinə çatsa? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq. Bütün dünya qərar verməlidir: biz Putini dayandırmaq, yoxsa dünya müharibəsinə başlamaq istəyirik? Biz Putini dəyişə bilmərik. Keçmişə qayıda bilmərik. Amma biz bunu burada (Ukraynada – red.) dayandıra bilərik”.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?