Araz Musayevin oğlu Furqan Musayev Beşikdaşın U-14 komandasına transfer olunub.
BUTA.TV xəbər verir ki, Furqan Musayev bu vaxta qədər "Qarabağ” klubunun üzvü idi. Ağdam təmsilçisi gənc istedad Furqanla 2024-cü ilə qədər müqavilə bağlamışdı.
Oyunlar zamanı xarici mütəxəssislərin də diqqətini cəlb edən Furqan “Beşiktaş” klubuna dəvət olunub. Türkiyə nəhənginin nümayəndələrinin “Qarabağ” rəhbərləri ilə razılaşmasına əsasən, 2021-ci ildən o, İstanbulda “Beşiktaş” klubunun U-12 U-14 komandasında məşqlərə başlayıb və oyunlarda iştirak edib.
“Beşiktaş” klubunun rəhbərliyi özünəməxsus oyun göstərən Furqan Musayevi rəsmi olaraq transfer etmək üçün “Qarabağ” futbol klubuna və UEFA-ya müraciət edib. Bir neçə gün öncə isə gözlənilən xəbər gəlib.
UEFA-nın rəsmi qeydiyyatı və “Qarabağ” Futbol klubunun razılığı ilə Furqan Musayev “Beşiktaş” klubunun U-14 komandasına transfer olunub. O, əsas heyətin aparıcı üzvlərindən biri hesab edilir.
İstedadlı futbolçu “Fənərbağça” ilə yanaşı digər klubların mütəxəssislərinin də diqqətini cəlb edib. Onlar da Furqan Musayevi öz klublarında görmək istədiklərini bildiriblər.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?