Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiya hökumətlərini birtərəfli qaydada Ukrayna taxılının idxalına qadağa qoymağa davam edəcəklərini elan etdikdən sonra onları konstruktiv olmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Biz bəzi dövlətlərin birtərəfli tədbirlərlə bağlı bəyanatlarından xəbərdarıq. İndi bütün ölkələrin kompromis ruhunda işləməsi və konstruktiv fəaliyyət göstərməsi vacibdir. Məqsədimiz yeni sistemi tətbiq etmək və işləməkdir. Sabah AB-nin bütün maraqlı ölkələrinin nümayəndələri ilə keçiriləcək görüş bu məsələni müzakirə etmək imkanı verəcək", - deyə bildirilib.
Nəşr xatırladıb ki, müharibə Ukraynanın Qara dəniz limanları vasitəsilə dünya bazarlarına kənd təsərrüfatı məhsullarını çatdırmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bununla əlaqədar olaraq, ukraynalı fermerlər qonşu ölkələr vasitəsilə taxıl ixrac etməyə başlayıblar.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?