Bakı yardım göndərdi: ermənilər imtina etsə...

12:30 - 29 Avqust 2023 - GÜNDƏM

 Bakı yardım göndərdi: ermənilər imtina etsə...

Azərbaycanın Xankəndiyə 40 ton humanitar yardım göndərməsi Ağdam-Xankəndi yolunun aktuallığının artırılması məqsədini daşıyır.

Bu sözləri BUTA.TV-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin sözügedən addımla Laçın yolunun siyasiləşdirilməsinə ehtiyac olmadığını göstərmək istədiyini vurğulayıb:

“Eyni zamanda dövlətimiz bununla Qarabağdakı ermənilərin taleyindən narahat olan dairələrə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Çəpiş ətinə tələbat niyə artıb? - Video

Digər tərəfdən, əgər Qarabağdakı ermənilər bundan imtina etsələr, bununla özləri-özlərini blokadaya salmalarını bütün dünyaya nümayiş etdirəcəklər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol