ABŞ Somalidə "Əş-Şabab"a zərbə endirdi

ABŞ Somalidə "Əş-Şabab"a zərbə endirdi

Tarix: Siyasət

ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin müraciəti ilə ölkənin cənubundakı “Əş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib.

"Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib", - deyə bildirilib.