TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
BUTA.TV xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi