Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə inşa ediləcək yeni stansiyalarda yeddivaqonluq qatarlar hərəkət edəcək.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yeni stansiyaların platformaları "qırmızı" və "yaşıl" xətt üzrə fəaliyyət göstərən stansiyaların platformasından böyük olacaq:
"Hazırda istismarda olan "qırmızı xətt" üzrə stansiyaların platformalarının uzunluğu 102-105 metrdir. Həmin stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma "bənövşəyi xətt" üzrə inşa edilən və yeni tikiləcək stansiyaların platformalarının uzunluğu 144 metrdir. Həmin xətt üzrə hərəkət edəcək qatarlar yeddi vaqondan ibarət olacaq".
B.Məmmədov bildirib ki, yeni inşa ediləcək "yaşıl xətt" üzrə stansiyalar da beşvaqonluq qatarlar üçün nəzərdə tutulacaq.
Xatırladaq ki, 2030-cu ilə qədər Bakı Metropoliteninin "yaşıl" və "bənövşəyi" xətləri üzrə 10 yeni stansiya inşa edilərək istifadəyə veriləcək.
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video
- Temperatur düşür: Bakıya yağış yağacaq