Bakı nəqliyyatı üçün yeni plan açıqlandı

21:57 - 14 May 2026 - GÜNDƏM

 Bakı nəqliyyatı üçün yeni plan açıqlandı

Bakıda ictimai nəqliyyatın inkişafı istiqamətində son illər görülən işlər nəticəsində avtobusların sayı və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə artıb.

BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Report İnformasiya Agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Bakı şəhərində mobillik proqramının icrasına 2022-ci ildən başlanılıb və əsas qiymətləndirmə dövrü kimi sentyabrın 15-dən sonrakı sıx hərəkət mərhələsi götürülür.

Anar Rzayevin sözlərinə görə, 2022-ci ilin sentyabrında Bakıda gündəlik xəttə çıxan avtobusların sayı 1720 idi. Hazırda isə bu rəqəm 2350-yə çatıb.

Bu xəbər hal-hazırda çox oxunur
Minimum əməkhaqqı nə vaxt artırılacaq?

AYNA sədri qeyd edib ki, 2022-ci ildə bəzi marşrutlarda yüklənmə səviyyəsi 110-115 faizə çatırdı və bu səbəbdən sərnişinlər avtobusa minməkdə çətinlik çəkirdilər, hazırda isə bu göstərici təxminən 90 faizə qədər enib.

Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyat sisteminin optimal fəaliyyəti üçün ümumilikdə 2800-2900 avtobusa ehtiyac var. Əsas məqsəd isə yüklənmə səviyyəsini 70 faizə endirməkdir.

Anar Rzayev bildirib ki, 2022-ci ildə şəhərdə cəmi 550 müasir avtobus fəaliyyət göstərirdisə, hazırda onların sayı 1100-ə çatıb. O qeyd edib ki, əvvəllər Bakıda 1200-1300 köhnə avtobus işləyirdi, hazırda isə bu rəqəm təxminən 1 000-dir və onların mərhələli şəkildə yenilənməsi planlaşdırılır.

“Bu o deməkdir ki, qarşıdakı illərdə şəhərə təxminən 1500 yeni avtobus gətirilməlidir”, – AYNA sədri əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol