Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto

17:06 - 14 May 2026 - GÜNDƏM

 Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto

Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş svetoforlar istifadəyə verilib.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar artıq istifadəyə verilib. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi təmin olunub.

Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Minimum əməkhaqqı nə vaxt artırılacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol