Qurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-nə təsadüf edir.
Bu barədə BUTA.TV-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.
“Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən üç gün müddətində qurban kəsimini həyata keçirmək olar.
Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.
Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər.
Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın”, - deyə məlumatda qeyd olunub.
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi
- Bayram namazının vaxtı - Açıqlandı
- Bu şəxslər də 1 il hərbi xidmət keçəcək