Xüsusi icra institutunun mərhələli şəkildə ölkə üzrə tətbiqi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, daha əvvəl Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək şəxslər üçün müsabiqə elan edib.
Nazirlikdən həmçinin bildirilib ki, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə əvvəl test imtahanı, sonra isə müsahibə keçiriləcək.
Hər ikisindən uğurlu keçən namizədlər vakansiyalara uyğun olaraq icbari təlimə buraxılacaqlar.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 aylıq ilkin icbari hazırlıqdan keçir, bundan sonra isə stajkeçməyə cəlb olunurlar.
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər testdən, ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi
- Bayram namazının vaxtı - Açıqlandı