Fransa əhalisinin təxminən 70 faizi Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.
Rəy sorğusunda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.
İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi
- Bayram namazının vaxtı - Açıqlandı