Rus hərbçiləri Odessaya 100 dəniz milindən az məsafədə yaxınlaşmağa qorxurlar. Hələlik Ukrayna qoşunları ilə ruslar arasında 25 min kvadrat kilometr ərazini əhatə edən “boz zona” var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neijpapa deyib.
Onun sözlərinə görə, indi Qara dənizin bu hissəsində düşmən hava məkanında üstündür:
"Tammiqyaslı işğalın başlanğıcında Rusiya donanmasının potensialı Ukraynanın potensialından qat-qat böyük idi. Lakin dövlətimiz yerində durmayıb, donanma qurub. Xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təsdiq edilmiş raket proqramlarının həyata keçirilməsi bunun bariz nümunəsidir. Onların həyata keçirilməsi sayəsində Ukraynanın "Neptun" raket sistemi yaradıldı".
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı