ABŞ-ın özəl “OceanGate Expeditions” şirkəti tərəfindən “Titanik” gəmisinin batdığı əraziyə turlar davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, hazırda 2024-cü ildə iki ekspedisiya üzrə bilet əldə etmək mümkündür - 12-20 iyun və 21-29 iyun.
Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan”ın sualtı gəmisi ilə əlaqənin kəsildiyi məlum olub. Üç gün sonra ABŞ-ın sahil mühafizəsi batiskafın qalıqlarının aşkar edildiyini elan edib. Daha sonra departament gəmidə olan bütün ekipaj üzvlərinin və sərnişinlərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi