Vladimir Putin qəfildən Dağıstana gəlib. O, ətrafdakı camaatı mehribanlıqla qarşılayıb, hətta fotolar üçün insanlarla görüşüb. Lakin bu şounun arxasında onun həll etməli olduğu real problemlər dayanır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun fikrincə, Putinin Dağıstanla bağlı da problemləri var:
"Məsələ burasındadır ki, Dağıstanda ötən ilin sentyabrında Putinin elan etdiyi səfərbərliyə qarşı kütləvi etirazlar başlayıb. İnsanlar küçələrə çıxdı və yerli hakimiyyət orqanları bununla bağlı heç nə edə bilmədilər. Etirazların qarşıdurmaya çevrilməməsi üçün Kreml ora Milli Qvardiyanın əlavə hissələrini göndərməli oldu. Yeri gəlmişkən, kadırovçular da Dağıstana gəlmişdilər. Etirazçılar öz məqsədlərinə çatdılar. Dağıstanda kütləvi səfərbərlik kəskin şəkildə azaldı. Priqojinin üsyanı Dağıstan müxalifət qüvvələrinin “Rusiyasız Dağıstan” çağırışlarına təkan olub. Yəni, fürsətdən istifadə edib Rusiya adlanan qurumdan ayrılmaq istəyirdilər. Düşünürəm ki, Putin xalq arasında öz reytinqini yüksəltməyə və bərpa etməyə çalışır".
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı