Meksikada iyunun 12-dən 25-dək davam edən güclü istilər nəticəsində 104 nəfər dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb.
"Ölkənin şimalı və doqquz milyon əhalisi olan paytaxt Mexiko istidən ən çox təsirlənən ərazilər olub. Meksikanın şimal-qərbindəki Sonora ştatında iyunun son həftəsində 49 dərəcə selsi üzrə rekord temperatur qeydə alınıb. Adətən yay temperaturu 30 ilə 45 dərəcə arasında dəyişir. Son günlər temperatur bir qədər aşağı düşüb, lakin iyulun 1-dən ölkəni quraqlıq təhlükəsi ilə müşayiət edəcək yeni isti dalğası baş verə bilər",- məlumatda deyilir.
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı