Müğənni Gülay Zeynallı açıqlaması ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, ifaçı MTV telekanalında qonaq olduğu "Səhərin səsi" verilişində qazancından danışıb. O, müğənnilikdən yaxşı pul qazandığını etiraf edib:
“Bu gün xalq mahnıları oxuyan gənclər arasında daimi toylara dəvət alan 5 nəfər varsa, onlardan biri də mənəm. Getdiyim məclislərdə də hamı bilir ki, 2-3 saat ancaq ayaq üstə oluram. Buna görə yaxşı qonorar da alıram. Bu pulu da özümə, ailəmə xərcləyirəm. İşimdən çox razıyam. Heç kimin çörəyini yemirəm. Heç kimin qazancı ilə də həyatımızı başa vurmuruq. Yetərincə işim var. Bəli, işləyirəm, bu, əziyyətimdir. Bu gün istəyərəm, maşın yox, təyyarə sürərəm. Bunun heç kimə aidiyyatı yoxdur"./Metbuat.az
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi