Onlar bizə “Gülən hərəkatı” adı ilə FETÖ-yə təzyiq etdiyimizi deyirlər. İlk növbədə onu qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası demokratiya məktəbi kimi tanınır. Demokratiyanı ləğv etmək üçün çevrilişə cəhd edən bir quruluşu ictimai quruluş kimi göstərmələri ya şüursuzluqdan, ya da pis niyyətdən irəli gəlir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Avropa Şurası Parlament Assambleyasında Türkiyə əleyhinə qəbul edilən hesabatla bağlı danışarkən deyib.
“Türkiyədə və dünyada “Gülən Hərəkatı” adlı ictimai hərəkat yoxdur. Onların adı Fətullahçı Terror Təşkilatıdır. Bir sözlə, terror təşkilatları nədirsə, bunlar da odur. İŞİD, YPG, PYD, PKK nəyə layiqdirsə, FETÖ də buna layiqdir. Terror təşkilatları arasında fərq qoyaraq, onların bəziləri ilə bağlı bəhanələr gətirərək, özlərinə görə beynəlxalq siyasət irəli sürdüklərini zənn edənlər hər dəfə Türkiyənin ortaya qoyduğu iradə qarşısında “layihələr”inin puç olacağını görəcəklər. Heç bir terror təşkilatı Türkiyənin mövqeyini dəyişdirə bilməyəcək. Heç bir terror təşkilatı və ya qara təbliğat Türkiyəni yolundan döndərə bilməz”, - Çelik bildirib.
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı