Müdafiə naziri Vaqarşak Arutyunyan mediaya müsahibəsində bildirmişdi ki, Meğri variantı 1999-cu ilin iyulunda Heydər Əliyevlə Robert Köçəryan arasında Sədərəkdə keçirilən görüşdə onun iştirakı ilə müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında deyib.
“Arutyunyan həmçinin demişdi ki, Köçəryan ona Meğri variantının Qarabağ konfliktinin həllində yaxşı variant olduğunu deyib. Onun sözlərinə görə, variant belə idi: Keçmiş Dağlıq Qarabağın ərazisi və Laçın Ermənistana birləşirdi, əvəzində Meğri Azərbaycana verilirdi. Amma bu halda Ermənistan İranla quru əlaqəsini itirirdi. “Aravot” qəzeti 2 iyun 2000-ci ildə xarici işlər naziri Vardan Oskanyanın həmin il aprelin 25-də Qlendeyl şəhərinin erməni icması ilə görüşündə şəxsi, qeyri-rəsmi çıxışı zamanı aşağıdakıları dediyi barədə məlumat dərc etmişdi: Meğri Azərbaycana verilir, Qarabağ Laçınla - Ermənistana. Meğri vasitəsilə Ermənistana suveren yol verilir ki, bu yolla İranla suveren əlaqəyə girə bilərdi. Çıxış “California Courier” həftəlik qəzetində dərc olunub, burada Oskanyanın sözlərinə də yer verilib ki, bu təklifdə müəyyən məntiq var və o, ciddi müzakirə olunmalıdır”, - Paşinyan bildirib.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş