“Qəbələ”nin və Azərbaycan millisinin futbolçusu Emil Səfərov qəzaya düşüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatalanın Yengiyan kəndi ərazisində baş verib. Səfərovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
"Qəbələ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Emil Səfərovun durumunun yaxşı olduğunu bildirib:
“O, heç bir xəsarət almayıb. Yaralanan şəxsin də səhhətində ciddi problem yoxdur. Hadisə ilə bağlı qanunlara uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Ciddi qəza olmadığı üçün hər hansı məsuliyyət məsələsi yoxdur".
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır