Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Zelenski Almaniyadan “Taurus” qanadlı raketləri almaq üçün rəsmi müraciət edib.
BUTA.TV xəbər verir ki, “Bild” nəşri Ukrayna liderinin niyə bu raketləri almaq istəməsi ilə bağlı araşdırma aparıb.
Bildirilir ki, “Taurus” 500 km-ə qədər mənzilə sahibdir. Onun sürəti saatda 900 km-ya çatır ki, bu da “Taurus”u çətin hədəfə çevirir.
“Taurus” bunkerlərə, aerodromlara, körpülərə və təchizat yollarına hücum üçün Ukraynaya əlavə imkanlar yarada bilər. Həmçinin bu raket nəinki bunkerə, hətta onun ayrı-ayrı otaqlarına da dəqiq zərbə endirmək gücünə malikdir.
“Taurus” 480 kq partlayıcı daşıyır və iki metrlik polad ucluğu bir metr qalınlığında betonu deşə bilir. Bu raketin üstünlüyü odur ki, o, 1 metrlik beton səddi deşdikdən sonra içəridə partlayır.
Bu raketlərin cəbhə xəttinin çox arxasındakı Rusiya hərbi infrastrukturuna zərbə endirməyə imkan verəcəyi qeyd edilir.
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
- Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bakının Tiflis prospektində "cib" tipli zolaqlar salınacaq
- FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi
- "RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi
- “AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edildi
- "Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi