Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xəzər Universitetinin qurucusu, professor Hamlet İsaxanlını ziyarət edib.
BUTA.TV xəbər verir ki, millər vəkili professoru 75 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Komitə sədri Xəzər Universitetinin ölkəmizin ən önəmli təhsil, elm və mədəniyyət ocaqlarından biri olmasını məmnuniyyət və qürur hissi ilə vurğulayaraq, professora elmi, pedaqoji, ictimai və ədəbi fəaliyyətində yeni uğurlar arzu edib, Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.
Professor H.İsaxanlı millət vəkilinə təbrikinə görə təşəkkür edib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür